525.Az

VIII "Fənlərin Dostluğu Olimpiadası"nın I mərhələsi keçirildi


 

VIII "Fənlərin Dostluğu Olimpiadası"nın I mərhələsi keçirildi<b style="color:red"></b>

Azərbaycan Respublikası Prezidentinin yanında Bilik Fondu, Odlar Yurdu Universiteti və Hədəf Kurslarının birgə təşkilatçılığı ilə keçirilən VIII "Fənlərin Dostluğu Olimpiadası"nın birinci mərhələsi  başa çatıb.

"Fənlərin Dostluğu Olimpiadası" 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunub.

Bakı, Sumqayıt, Xırdalan, Şamaxı və Oğuz şəhərlərində keçirilən Olimpiadada  ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9 və 10-cu sinif şagirdləri 2 saat müddətində 50 inteqrativ sualı cavablandırıblar. 5 imtahan mərkəzində ümumilikdə, 1200-dən artıq şagird öz biliyini sınayıb.

Bölgə məktəblərində keçirilən Olimpiadanın təşkilinə Bilik Fondunun yerli nümayəndələri və Bilik evləri də dəstək veriblər.

2010-cu ildə Hədəf Nəşrləri tərəfindən təsis edilən "Fənlərin Dostluğu Olimpiadası"nın 2017-ci il buraxılışının rəsmi tərəfdaşları Medica Hospital, Hədəf Multimedia Mərkəzi,  Altun Kitab, Azərbaycan Elm Assosiasiyası, HedefGlobal, kitabevim.az mağazaları, informasiya dəstəkçiləri isə  APA TV, edumap.az, senet.az  portalları, "Ustad" dərgisidir.

23 dekabr 2017-ci il tarixində VIII  "Fənlərin Dostluğu Olimpiadası"nın qaliblərinin mükafatlandırma mərasimi olacaq. Olimpiadada qalib gələn 10 şagird və onların təhsil aldığı orta məktəblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

 





20.12.2017    çap et  çap et