525.Az

"Uşaq bağçalarının qida rasionlarında çatışmazlıqlar var"


 

"Uşaq bağçalarının qida rasionlarında çatışmazlıqlar var"<b style="color:red"></b>

"Uşaqlar üçün nəzərdə tutulan qablaşdırılmış yeni il hədiyyələri alınarkən diqqətli olmaq lazımdır".

APA-nın xəbərinə görə, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi İmran Abdullayev ilin yekunlarına dair keçirilən tədbirdə deyib.  

Son 2-3 ildə  bununla bağlı hələ xoşagəlməz hallara rastlanmadığını deyən İ. Abdullayev bildirib  ki, bu cür hallar olduğu təqdirdə vətəndaşların müraciəti əsasında İqtisadiyyat  Nazirliyinin razılığı ilə Mərkəz tərəfindən araşdırmalar aparıla bilər: "Həmin hədiyyələrin əksəriyyəti ticarət satış mərkəzləri tərəfindən vaxtı keçmiş şirniyyatlarla doldurulur.  Qutunun üzərindəki istifadə  tarixi içərisindəki şirniyyatların istifadə tarixi ilə eyni deyil".
 
İ. Abdullayev deyib ki, bu ilin sonundan qida məsələlərinə nəzarəti Gigiyena və Epidemiologiya Mərkəzi həyata keçirməyəcək: "Qida Təhlükəsizliyi ilə bağlı yeni agentlik yaradılacaq. Vətəndaşlar bundan sonra müraciət və şikayətlərini ora bildirə bilərlər".
 
Uşaq bağçalarındakı vəziyyəti qiymətləndirən İ. Abdullayev bildirib ki, dövlət və özəl bağçalarda xüsusi qida rasionlarında müəyyən çatışmazlıqlar var: "Aparılan araşdırmalar nəticəsində müəssisələrdə bu normaları pozan rəhbərliklər müvafiq normalara uyğun cəzalandırılır. Hər bağçada uşaqların yaş həddi, orqanizmi nəzərə alınır. Qida rasionu azyaşlılar üçün olduqca önəmlidir və bu cür norma pozuntuları kəskin şəkildə işıqlandırılmalıdır".

Qurum rəsmisi əlavə edib ki, bağçalarda zəhərlənmə halları ilə bağlı bu il şikayətlər azalıb: "Zəhərlənmə halları qidaların standartlara uyğun şəkildə saxlanılmaması ilə əlaqəlidir.  Bağçalarda qidalar müəyyən normalara uyğun (3-7 günlük) saxlanılmasına nəzarət üçün xüsusi komissiya fəaliyyət göstərir. Payız-qış mövsümi ərzində bağçalarda bir neçə dəfə profilaktik tədbirlər aparılıb və heç bir gigiyenik norma pozuntusuna rast gəlinməyib".

 





21.12.2017    çap et  çap et