525.Az

Şöbə müdiri: "Bakıda 240 binada sulu zirzəmi problemi var"


 

Şöbə müdiri: "Bakıda 240 binada sulu zirzəmi problemi var"<b style="color:red"></b>

"Son araşdırmalara görə, Bakı üzrə 240-a yaxın binada sulu zirzəmi problemi var".

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov ilin yekunlarına dair keçirilən tədbirdə deyib.

Z. Kazımov bildirib ki, bununla bağlı müvafiq dövlət qurumlarına ünvanlar qeyd etməklə məktublar göndərilib: "Həmin ərazilərdə mühəndis-texniki işlərin aparılmasının vacibliyini diqqətlərinə çatdırmışıq. Buna baxmayaraq, bu gün də sulu zirzəmi problemi tam həll olunmayıb. Zirzəmidə nəmişlik olması birinci mərtəbədə yaşayanlar arasında tənəffüs sistemi xəstəliklərinin, o cümlədən ağciyər xəstəliklərinin yaranmasına səbəb olur. Zirzəmilərdə suyun olması yolverilməzdir".

Z. Kazımov deyib ki, RGEM tərəfindən hər il yaşayış binalarının zirzəmilərində epidemioloji araşdırmalar aparılır: "Zirzəmilərə əsasən kommunikasiya xətlərinin nasazlığı, qrunt suları və digər qarışıq sular yığılır”.

Z. Kazımov əlavə edib ki, Mərkəzə daxil olan şikayətlərin 30-40 faizi mənzillərdəki səs-küylə bağlı olur.

 





21.12.2017    çap et  çap et