Bakı Apellyasiya Məhkəməsində məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının ev dustaqlığına buraxılması ilə bağlı vəsatət barədə Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
APA-nın xəbərinə görə, hakim Rizvan Səfərovun sədrliyi ilə jurnalistlərin iştirakı olmadan keçirilən prosesdə qərar qəbul olunub.
Bakı Apellyasiya Məhkəməsi vəsatəti təmin etməyib, Nəsimi rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Fədayə Laçının vəkili Türkel Süleymanov bildirib ki, prosesdə Fədayə Laçın özü də iştirak edib: “Məhkəmənin qərarı humanist deyil. Onun səhhətində problem var və müalicə olunmalıdır. Fədayə xanım iclasda dedi ki, aldadılıb”.
Vəkil yaxın günlərdə yenidən ölkə prezidentinə müraciət edəcəklərini açıqlayıb.
çap et