525.Az

Bələdiyyələrə qəbiristanlıqların saxlanılması, idarəsi, dəfn təşkili üçün səlahiyyət verilir


 

TAHİR RZAYEV: "QƏBİRİSTANLIQLAR BİR ÇOX İŞBAZLARIN ƏLİNDƏ GƏLİR MƏNBƏYİDİR"

Bələdiyyələrə qəbiristanlıqların saxlanılması, idarəsi, dəfn təşkili üçün səlahiyyət verilir<b style="color:red"></b>

Azərbaycanda qəbiristanlıqların yerləşdiyi torpaqların xüsusi mülkiyyətə verilməsi qadağan olunur. Bu barədə məsələ Milli Məclisin (MM)  Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılan "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Qanunun 7-ci (Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları) maddəsinin 2-ci (Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz) bəndinə "qəbiristanlıqlar" sözü əlavə edilir. Eyni zamanda, Azərbaycanda bələdiyyələrə qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, həmçinin, dəfn xidmətlərinin təşkili üçün səlahiyyət verilir. Belə ki, adıçəkilən qanunun 4-cü (Yerli sosial müdafiə və sosial inkişaf proqramları) maddəsinin 2-ci hissəsinə edilən əlavəyə əsasən, qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, həmçinin, dəfn xidmətlərinin təşkilinə bələdiyyələr yardım göstərəcək. Qeyd olunur ki, qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydalara uyğun olaraq həyata keçirilir.

"Azərbaycanda qəbiristanlıqlar bir çox işbazların əlində gəlir mənbəyidir". Bunu isə sözügedən komitənin üzvü  Tahir Rzayev  qanun layihəsinin  müzakirəsi zaman deyib. T.Rzayev bildirib ki, istər Bakıda, istərsə də regionlarda qəbiristanlıqları insanlar özləri saxlayır və məzarlıqların təmiz saxlanması üçün hər ay müəyyən vəsait verirlər. Deputat vurğulayıb ki, əgər qəbiristanlıqlar bələdiyyələrin idarəçiliyinə verilirsə, qəbiristanlıqların saxlanması məsələsi də həll olunmalıdır.

KAMİL

 





21.12.2017    çap et  çap et