525.Az

Balaxanıda növbəti sosial layihə həyata keçirilir


 

Balaxanıda növbəti sosial layihə həyata keçirilir<b style="color:red"></b>

"Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti Balaxanı qəsəbəsinin ümumi sahəsi 43 min kvadrat metr təşkil edən yollarında əsaslı təmir-bərpa işləri aparır.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, yolların bərpasında asfaltın alt qatında Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda tullantıların yandırılması nəticəsində yaranan 460 tondan çox dib külündən istifadə olunub.

 Qeyd edək ki, layihə İqtisadiyyat Nazirliyi ilə Fransanın "CNIM S.A." şirkəti arasında Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun tikintisi zamanı bağlanmış podrat müqaviləsinə əsasən həyata keçirilir.

2013-2015-ci illərdə bu sosial layihə çərçivəsində Balaxanıda ümumi uzunluğu 87 km-dən artıq olan su xətti çəkilib, 5040 ədəd su sayğacı quraşdırılıb və 20 min nəfərdən çox qəsəbə sakini içməli su ilə təmin edilib.

CEYHUN

 





21.12.2017    çap et  çap et