525.Az

Bakıda ticarət mərkəzindən içi qızılla dolu seyf oğurlanıb


 

Bakıda ticarət mərkəzindən içi qızılla dolu seyf oğurlanıb<b style="color:red"></b> Bakıda külli miqdarda qızıl oğurlamış şəxs tutulub.
 
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, iyunun 2-də Bakı şəhər sakini Əlizadə Cabbarova məxsus Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən «Ağ Saray» ticarət mərkəzində qızıl məmulatlarının satışı mağazasından qapını sındırma yolu ilə içərisində 70 min manat dəyərində qızıl-zinət əşyaları olan seyf oğurlanıb. Xəzər RPİ CAŞ və 2-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Binə qəsəbə sakinləri Həsən Əhmədov, Seymur Sovqatov və Yaşar Hacıyev iyunun 10-da yaxalanıb.
 
Araşdırmalar davam etdirilir.
 





11.06.2013    çap et  çap et