525.Az

Naxçıvanda yol qəzası: 4 ölü


 

Naxçıvanda yol qəzası: <b style="color:red">4 ölü</b> İyunun 10-da Naxçıvan Muxtar respublikasında dəhşətli yol qəzası baş verib.
 
525.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Naxçıvan-Culfa yolunun 21-ci kilometrliyində Fərman Süleymanovun idarə etdiyi “VAZ 21054” markalı avtomobil 58 Məmməd Dövlətovun idarə etdiyi minik avtomobili ilə toqquşub. Nəticədə hər iki sürücü, eləcə də F.Süleymanovun atası, iki qızı və digər avtomobildəki sərnişinlər ağır xəsarətlər alıblar.
 
Xəstəxanaya yerləşdirilən hər iki sürücü və S.Süleymanovun iki qızı həkimlərin səyinə baxmayaraq ölüb. Digər yaralıların vəziyyəti ağırdır.
 
Faktla bağlı araşdırmalar aparılır.
 





11.06.2013    çap et  çap et