525.Az

Sabah Azərbaycanda havanın temperaturu 32 dərəcəyə yüksələcək


 

Sabah Azərbaycanda havanın temperaturu 32 dərəcəyə yüksələcək<b style="color:red"></b>

 İyunun 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, şimal küləyi gündüz mülayimləşəcək.
 
Havanın temperaturunun gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 20-21 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.

 





11.06.2013    çap et  çap et