525.Az

Hava şəraiti dəyişəcək


 

Hava şəraiti dəyişəcək<b style="color:red"></b>

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Departamentdən APA-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 22-si axşamdan 24-ü axşamadək hava şəraitinin küləkli keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, gündüz saatlarında cənub-qərb küləyi ilə əvəz olunacağı, arabir güclənəcəyi gözlənilir. 

Azərbaycanın rayonlarında dekabrın 24-də bəzi rayonlarda  arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

 





22.12.2017    çap et  çap et