525.Az

Axundzadənin məşhur pyesi tələbələrin ifasında


 

Axundzadənin məşhur pyesi tələbələrin ifasında<b style="color:red"></b>

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti SABAH qrupu IV kurs tələbələrinin ifasında Mirzə Fətəli Axundzadənin "Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur" pyesi əsasında hazırladıqları bir hissəli tamaşa fərqli yanaşma ilə Beynəlxalq Muğam Mərkəzində tamaşaçılara təqdim olunub.

Universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tamaşanın rejissoru, Əməkdar artist Nofəl Vəliyevin rəhbərliyi ilə Xədicə Məmmədova - Şəhribanu xanım, Orxan İsgəndərli - Hatəmxan ağa, Anaxanım Sultanova - Gülçöhrə xanım, Corc Qafarov - Şahbaz bəy, Susanə Məmmədova - Xanpəri, Məhəmməd Musayev - Müsyo Jordan, Hilal Dəmirov - Dərviş Məstəli şah, Hüseynağa Aslanov - Qulaməli və ADPU tələbəsi Qönçə Vəliyeva - Şərəfnisə xanım rolunda çıxış ediblər.

Yaradıcı heyətin böyük ruh yüksəkliyi, tələbələrin obrazları peşəkar şəkildə canlandırmaları, dinamika, aydın səhnə danışığı, geyimlər, dekorasiya, tamaşada hər bir şeyin bir-birini tamamlanması tamaşaçı kütləsinə müsbət təsir bağışlayıb.

 





22.12.2017    çap et  çap et