525.Az

"Azərbaycan Avrasiya Ombudsmanlar Alyansına qoşulacaq"


 

"Azərbaycan Avrasiya Ombudsmanlar Alyansına qoşulacaq"<b style="color:red"></b>

Daha 5 ölkə Avrasiya Ombudsmanlar Alyansına qoşulmaq niyyətindədir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın insan haqları üzrə müvəkkili Tatyana Moskalkova deyib.

Məlum olub ki, hazırda sözügedən quruma Türkiyə, Azərbaycan, Qazaxıstan və Özbəkistanın qəbulu məsələsi razılaşdırılır. Monqolustan isə yaxın zamanlarda bu niyyətini gerçəkləşdirməyə hazır olduğunu bəyan edib.

Xatırladaq ki, dekabrın 5-də Moskvada Rusiya, Qırğızıstan, İran və Ermənistan ombusmanları Avrasiya Ombudsmanları Alyansının yaradılması haqqında memorandum imzalayıblar.

 





22.12.2017    çap et  çap et