525.Az

“İrəli” 9 illiyini cəbhədə qeyd edəcək


 

“İrəli” 9 illiyini cəbhədə qeyd edəcək<b style="color:red"></b>

Sabah “İrəli” İctimai Birliyinin 9 illiyi münasibətilə cəbhə bölgəsində hərbi xidmət keçən əsgərlərlə görüş keçiriləcək.

Təşkilatdan verilən məlumata görə, tədbirin məhz cəhbə bölgəsindəki yerləşən hərbi hissədə keçirilməsinin məqsədi vətənə hərbi xidmət borcunu yerinə yetirən gənclərdə ruh yüksəkliyinin qaldırılması, əhval-ruhiyyələrinin daha da yüksəldilməsidir.

“İrəli” sədri Mirhəsən Seydov qeyd edib ki, prezident İlham Əliyev öz ad gününü dəfələrlə cəbhə bölgəsində, sadə insanlarla bir yerdə keçirib: “Bu, dövlət başçımızın dəbdəbədən uzaq, hər zaman sadə insanların yanında olduğunu bir daha sübut edir. Bu, həm də gənclər üçün nümunədir. Məhz elə bu səbəbdən biz təşkilatın 9-cu ildönümü cəbhə bölgəsində keçirmək qərarına gəldik”.

“İrəli” İctimai Birliyi ənənəni davam etdirərək təşkilatın ad günü tortunu hərbi hissədə vətəninin keşiyində duran əsgərlərlə birlikdə kəsəcək.

Qeyd edək ki, dekabrın 25-də isə təşkilat ictimaiyyət üçün açıq hesabat konfransı keçirəcək.

Xatırladaq ki, “İrəli” İctimai Birliyi 2005-ci ildə Ümumrespublika Gənclər Hərəkatı kimi yaradılıb. 2008-ci ilin dekbarın 24-də isə “İrəli” İctimai Birliyi təsis olunub.

CEYHUN

 





22.12.2017    çap et  çap et