525.Az

Azərbaycanda prezident seçkisi günü dəyişdiriləcək


 

Azərbaycanda prezident seçkisi günü dəyişdiriləcək<b style="color:red"></b> Azərbaycanda prezident seçkilərinin vaxtı dəyişdiriləcək.
 
Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimli Lent.az-a açıqlamasında deyib ki, may ayında Milli Məclis Mərkəzi Seçki Komissiyası ilə bağlı qanunvericiliyə dəyişiklik edib.
 
Mərkəzi Seçki Komissiyasına seçki günü bayram günlərinə düşdüyü halda seçki gününü iş gününə keçirmək hüququ verilib. Onun sözlərinə görə, Seçki Məcəlləsinin 178-ci maddəsinin birinci hissəsinin tələbinə görə, prezidentin Konstitusiya ilə olunmuş səlahiyyət müddətinin başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur. 2013-cü ildə oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü Qurban bayramına təsadüf etdiyi üçün seçki gününün başqa bir günə keçirilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyası qərar verməlidir: “Mərkəzi Seçki Komissiyası yaxın zamanlarda iclas keçirəcək və prezident seçkisinin iş günü olmayan günə keçirilməsi barədə qərar verəcək”.
 





11.06.2013    çap et  çap et