525.Az

BMT Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq etdi


 

BMT Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq etdi<b style="color:red"></b>

BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edilməsi barədə qətnaməni yekdilliklə dəstəkləyib.

APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə,  ABŞ tərəfindən təklif olunan sənəd Şimali Koreyadan qida, sənaye metalları, elektrik avadanlıqları və nəqliyyat vasitələrinin ixracına qadağa qoyur.

BMT Təhlükəsizlik Şurası həmçinin dövlətlərdən bir il ərzində Şimali Koreyadan olan işçilərin öz ölkələrinə göndərilməsini tələb edib.

 





23.12.2017    çap et  çap et