525.Az

UNICEF-in yeni rəhbəri məlum oldu


 

UNICEF-in yeni rəhbəri məlum oldu<b style="color:red"></b>

Amerikalı Henrietta For BMT-nin Uşaq Fondu (UNICEF) rəhbəri vəzifəsində Entoni Leyki əvəzləyəcək.

APA-nın xəbərinə görə, bu barədə təşkilatın yaydığı açıqlamada bildirilir.

Məlumata görə, H.For 2018-ci il, yanvarın 1-dən etibarən səlahiyyətlərinin icrasına başlayacaq.

Bundan əvvəl Henrietta For ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Dövlət Departamentində çalışıb, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi ilə əməkdaşlıq edib, “Holsman International” şirkətinin direktorlar şurasının sədri və baş direktoru olub.

 





23.12.2017    çap et  çap et