525.Az

İsrail aviasiyası Suriya ordusunun mövqelərinə hava zərbələri endirdi


 

İsrail aviasiyası Suriya ordusunun mövqelərinə hava zərbələri endirdi<b style="color:red"></b>

İsrail Hərbi Hava Qüvvələri Suriya ordusunun mövqelərinə zərbə endirib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hədəfdə paytaxt Dəməşq yaxınlığında yerləşən hərbi obyekt olub.

Məlumata əsasən, Suriyanın havadan müdafiə sistemləri cavab atəşi açıb. İnsident nəticəsində ölən və yaralanan olmayıb.

Rəsmi Dəməşq İsrailin hücumunu açıq-aşkar təcavüz kimi qiymətləndirib.

 





23.12.2017    çap et  çap et