525.Az

Filippində təbii fəlakət: 90 ölü, onlarla itkin


 

Filippində təbii fəlakət: 90 ölü, onlarla itkin <b style="color:red"></b>

Filippində sel və daşqınlarda 90 nəfər ölüb.

APA-nın "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, onlarla adam itkin düşüb.

Bundan əvvəl 41 nəfərin öldüyü, 45 nəfərin itkin düşdüyü barədə məlumat yayılmışdı.

Filippində fırtına nəticəsində 270 mindən çox əhali daşqın və sürüşmələrin təsirinə məruz qalıb. Ölkə ərazisində 44 min nəfərin yerləşdirilməsi üçün 608 təxliyə mərkəzi yaradılıb.

Biliran əyaləti təbii fəlakətdən daha çox ziyan çəkib.

 





23.12.2017    çap et  çap et