525.Az

“Bakı-Böyük Kəsik istiqamətində 420 km dəmir yolu əsaslı təmir olunub”


 

“Bakı-Böyük Kəsik istiqamətində 420 km dəmir yolu əsaslı təmir olunub”<b style="color:red"></b>

Dəmir yolunda ən müasir standartlara cavab verən texnologiyaların tətbiq olunması dövrü başlayıb.

“APA-Economics”in məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov "Respublika" qəzetində dərc olunan məqaləsində bildirib.

C. Qurbanov yazır ki, enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçilməsi, işarəvermə və rabitə sisteminin yeniləşdirilməsi üzrə avadanlıqların alınması, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının yenilənməsi və s. sahələrin müasir tələblər səviyyəsinə çatdırılması üzrə bir sıra mühüm tədbirlər həyata keçirilib: “Azərbaycan Dəmir Yolları” QSC-də gedən yeniləşmə prosesinin əsas tərkib hissələrindən biri yolların əsaslı təmiridir. Bu istiqamətdə dəmir yolunda kompleks işlər görülür. Beynəlxalq və regional nəqliyyat dəhlizlərinin gələcəkdə fəaliyyət göstərməsi Azərbaycan üzərindən yük axınının dəfələrlə artmasına gətirib çıxaracaq”.

Qurum sədri bildirib ki, bunun üçün dəmir yolunda irihəcmli işlər aparılır: “Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 420 km dəmir yolu əsaslı təmir olunub. Eləcə də bütün infrastruktur yenilənir. Yeni nəqliyyat dəhlizlərinin işə düşəcəyi təqdirdə Azərbaycan Dəmir Yolları bu dəhlizlərin tələbatını qarşılamağa tam hazır olacaq”.

O qeyd edib ki, son vaxtlar dəmir yolunun lokomotiv parkının yenilənməsi istiqamətində də mühüm addımlar atılır: “Qazaxıstandan 10 ədəd teplovozun alınması üçün müqavilə imzalanıb. Artıq teplovozlardan hamısı ölkəmizə gətirilib”.

 





23.12.2017    çap et  çap et