525.Az

Çinli alimlərlə elmi müzakirələr


 

Çinli alimlərlə elmi müzakirələr <b style="color:red"></b>

Çinin İctimai Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktor müavini, professor Cui Veihanq, həmin İnstitutun şöbə müdiri, professor Li He və əməkdaşı Çu Çunmin ölkəmizə səfər ediblər.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli qonaqları qəbul edib, akademiyada əlaqələrimizin inkişafı istiqamətində atılan addımlar və gələcək planlar barədə ətraflı bəhs edib. Eyni zamanda, qonaqlar səfərlərinin məqsədi, Çində aparılan elmi tədqiqatlarla bağlı öz fikirlərini bölüşüblər.

Daha sonra qonaqlar AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Çin Tədqiqatları Mərkəzi ilə tanış olublar. Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədov çinli alimlərə şöbənin fəaliyyəti barədə məlumat verib. Çin Tədqiqatları Mərkəzinin koordinatoru Nərgiz Kərimova fəaliyyəti, Çin dilinin tədrisinin vəziyyəti barədə fikirlərini bölüşüb. Daha sonra mərkəzdə müzakirələr aparılıb.

XƏDİCƏ

 





23.12.2017    çap et  çap et