525.Az

Bakı Uşaq Teatrında xeyriyyə tədbiri


 

Bakı Uşaq Teatrında xeyriyyə tədbiri<b style="color:red"></b>

Bakı Uşaq Teatrı Gənclər və İdman Nazirliyinin dəstəyilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yeni il şənliyi keçirib.

Şənlikdə Maşa, Ayı, Qırmızıpapaq, Canavar, Toyuq, Xoruz, Tıqtıq xanım, Siçan bəy kimi müxtəlif nağıl qəhrəmanları iştirak edib.

Təzə ilin atributları hesab olunan Şaxtababa və Qarqızı ilə bağlı səhnəcik uşaqların marağına səbəb olub. Belə ki, Şaxtababa ilə Qarqızı oğurlamaq istəyən Küpəgirən və nəvəsi  nə qədər hiyləyə əl atsalar da, buna nail ola bilmirlər.

Şaxtababa nəvəsi Qarqız, Qar adamı və Qar kraliçası ilə birgə uşaqlarla bayramı qeyd ediblər. Şənlikdə Xoruzdan ili təhvil alan İt bu ilin yaxşı olacağını uşaqlara söz verib.

Müxtəlif illuziya və musiqi nömrələri ilə zəngin olan şənlik maraqla qarşılanıb.

ŞAHANƏ

 





23.12.2017    çap et  çap et