525.Az

Türkiyə və Rusiya Şərqi Qutadan 500 mülki şəxsin evakuasiyasını müzakirə edir


 

Türkiyə və Rusiya Şərqi Qutadan 500 mülki şəxsin evakuasiyasını müzakirə edir<b style="color:red"></b>

Ankara və Moskva Dəməşqin Şərqi Quta qəsəbəsindən 500 mülki şəxsin evakuasiyası barədə danışıq aparır.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

R. T. Ərdoğan deyib ki, Şərqi Qutada 400 minə yaxın mülki şəxs yaşayır:

"Şərqi Qutada 500 nəfərin, o cümlədən, 170 uşaq və qadının təcili yardıma ehtiyacı var. Biz Rusiya prezidenti Vladimir Putinlə həmin şəxslərin problemsiz Türkiyəyə gətirilməsi və onlara tibbi yardım göstərilməsi məsələsini müzakirə edirik. Evakuasiya prosesinə Türkiyə Qızıl Ay Cəmiyyətinin və Fövqəladə hallarda təbii fəlakətlərin qarşısının alınması və ləğvi idarəsinin cəlb edilməsi nəzərdə tutulur".

 





24.12.2017    çap et  çap et