525.Az

“İrəli” 9 illiyini Cocuq Mərcanlıda qeyd etdi


 

“İrəli” 9 illiyini Cocuq Mərcanlıda qeyd etdi<b style="color:red"></b>

Dekabrın 23-də “İrəli” İctimai Birliyinin rəhbərliyi və üzvləri cəbhə bölgəsinə səfər edib.

Təşkilatdan verilən məlumata görə, “İrəli”nin fəaliyyətinin 9 ilinin tamam olması münasibətilə Cəbrayılın Cocuq Mərcanlı kəndi və N saylı hərbi hissədə görüşlər keçirilib.

İctimai birliyinin sədri Mirhəsən Seydov qeyd edib ki, prezident İlham Əliyev öz ad gününü dəfələrlə cəbhə bölgəsində, sadə insanlarla bir yerdə qeyd edib:

“Bu, dövlət başçımızın dəbdəbədən uzaq, hər zaman sadə insanların yanında olduğunu bir daha sübut edir. Bu, həm də gənclər üçün nümunədir. Məhz elə bu səbəbdən biz təşkilatın 9-cu ildönümü cəbhə bölgəsində keçirmək qərarına gəldik”.

“İrəli” İctimai Birliyi ənənəni davam etdirərək təşkilatın ad günü tortunu hərbi hissədə vətəninin keşiyində duran əsgərlərlə birlikdə kəsib.

Səfər çərçivəsində təşkilatın üzvləri Aprel şəhidləri kompleksi, Şəhidlər Xiyabanına gedib, Cocuq Mərcanlıya ekskursiya edərək yeni tikili, məktəb və mədrəsənin hazırki vəziyyəti ilə tanış olublar. Məktəbə təşkilat tərəfindən xüsusi hədiyyələr, şagirdlər üçün ləvazimatlar, kitabxana üçün kitablar təqdim olunub.

CEYHUN

 





25.12.2017    çap et  çap et