525.Az

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi təşkilatın büdcəsinin azaldılmasını şərh etdi


 

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi təşkilatın büdcəsinin azaldılmasını şərh etdi<b style="color:red"></b>

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli təşkilatın 2018-2019-cu illər üçün büdcəsinin azaldılmasını şərh edib.

APA-nın məlumatına görə, bu barədə CBS xəbər verib.

“Birləşmiş Millətlər Təşkilatında həddən artıq, səmərəsiz şəkildə maliyyə vəsaitinin xərcləndiyi yaxşı məlumdur. Biz artıq Amerika xalqının səxavətliliyindən istifadə etməyə və nəzarətsiz xərclərə icazə verməyəcəyik”, deyə H.Heyli vurğulayıb. O əlavə edib ki, Birləşmiş Ştatlar BMT-nin  daha qənaətli və şəffaf olmasına səy göstərəcək.

Qeyd edək ki, BMT Baş Assambleyası ümumdünya təşkilatının 2018-2019-cu illər üçün büdcəsini təsdiq edib. Budcə 5,39 milyard dollar təşkil edib, bu göstərici əvvəlki iki illik büdcə ilə müqayisədə 166 milyon dollar azdır.

Xatırladaq ki, hazırda ABŞ BMT-nin əsas maliyyə mənbəyidir və büdcənin 22%-ni təmin edir.

 





25.12.2017    çap et  çap et