525.Az

Rusiyada SSRİ-nin xiffətini çəkənlərin sayı artıb


 

Rusiyada SSRİ-nin xiffətini çəkənlərin sayı artıb<b style="color:red"></b>

Rusiyada Sovet İttifaqının dağılmasından təəssüflənənlərin sayı 2009-cu ildən bəri ən yüksək həddə çatıb.

APA-nın “İnterfax”a istinadən verdiyi məlumata görə, bu, “Levada" Mərkəzi tərəfindən aparılan sorğunun nəticəsində müəyyənləşib.

Sorğuda iştirak edənlərin 58 faizi SSRİ-nin dağılmasından təəssüfünü bildirib. Respondentlərin cəmi 25 faizi SSRİ-nin xiffətini çəkmir, 16 faizi isə cavab vermək istəməyib.

 





25.12.2017    çap et  çap et