525.Az

MSK Gülər Əhmədovanın deputat mandatını ləğv etdi (YENİLƏNİB)


 

MSK Gülər Əhmədovanın deputat mandatını ləğv etdi<b style="color:red"> (YENİLƏNİB)</b>

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) iclası bitib.

APA-nın məlumatına görə, Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda əvvəlcə MSK-nın 9 iyul 2012-ci il tarixli protokolu təsdiqlənib.

Gündəlikdəki növbəti məsələ 34 saylı Xətai II Seçki Dairəsindən Milli Məclisə deputat seçilmiş Gülər Mikayıl qızı Əhmədovanın deputat mandatından məhrum edilməsidir.

Məsələ barədə MSK üzvü Arifə Muxtarova məlumat verib. Məsələ səsverməyə çıxarılıb, nəticədə G. Əhmədovanın deputat mandatı ləğv edilib.

Qeyd edək ki, G. Əhmədova deputat mandatından imtina barədə özü MM-ə müraciət edib. MM isə müraciəti baxılmaq üçün MSK-ya göndərib.

 





03.10.2012    çap et  çap et