525.Az

Nazirlər Dağlıq Qarabağdan danışdılar


 

Nazirlər Dağlıq Qarabağdan danışdılar<b style="color:red"></b>

Bakıda Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarovla Əhməd Davudoğlu arasında görüş keçirilib.

APA-nın xəbərinə görə, tərəflər Azərbaycan və Türkiyə arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasını məmnunluqla vurğulayaraq iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstəyinin davam edəcəyini söyləyiblər.  
 
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, Cənubi Qafqazda və Yaxın Şərqdəki vəziyyət də müzakirə olunub.

 





11.06.2013    çap et  çap et