525.Az

"Ötən il ölkədə yağıntının miqdarı azalıb"


 

"Ötən il ölkədə yağıntının miqdarı azalıb"<b style="color:red"></b>

"2017-ci ildə Coğrafiya İnstitutunun iqlim dəyişmələri ilə bağlı apardığı tədqiqat nəticəsində müəyyən olunub ki, respublikada yağıntının miqdarı azalıb, buxarlanma isə çoxalıb".

 APA-nın xəbərinə görə, bunu Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov Akademik H.Ə. Əliyev  adına Coğrafiya İnstitutunun 2017-ci ildəki elmi və elmi-təşkilatı fəaliyyətinin yekunları haqqında hesabat xarakterli tədbirdə deyib. 
 
R. Məmmədov qeyd edib ki, təkcə Şəki-Zaqatala bölgəsində yağıntının miqdarının artdığı müşahidə olunur.
 
İnstitut direktorunun sözlərinə görə, bu tədqiqat çərçivəsində insan səhhəti və hava-iqlim prosesləri arasında əlaqələr də öyrənilib və müəyyən edilib ki, digər fəsillərlə müqayisədə qışda təcili tibbi yardım üzrə ümumi çağırışların sayı artır.

“Nəticə olaraq ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar üçün qış fəsli ən əlverişsiz  dövr kimi səciyyələnib, eyni zamanda ölüm hallarının sayı da daha çox olub”, - deyə o əlavə edib.

 





25.12.2017    çap et  çap et