525.Az

“Bu il 240 nəfər dövlət qulluğunda işə qəbul olunub”


 

“Bu il 240 nəfər dövlət qulluğunda işə qəbul olunub”<b style="color:red"></b> “Bu il daxili və ümumi müsahibələr vasitəsilə 240 nəfər işə qəbul olunub”.
 
APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, qanunvericiliyə əsasən dövlət qulluğuna qəbul imtahanları hər ay keçiriləcək.
 
M. Abbaszadə qeyd edib ki, Dövlət Qulluqçularının Reyestri İnformasiya Sistemi (DQRİS) vasitəsilə dövlət orqanlarında vakansiyalar görünür: “Hazırda dövlət orqanları tərəfindən dövlət qulluğunda müsabiqəyə ümumilikdə 1461 vakant vəzifə təqdim olunub”.
 





25.12.2017    çap et  çap et