525.Az

UNEC kollektivi iməcilik keçirdi


 

UNEC kollektivi iməcilik keçirdi<b style="color:red"></b>

Dekabrın 24-də UNEC kollektivi Badamdar qəsəbəsində öncədən əkdikləri yaşıllıq zolağında iməcilik keçirib.

Universitetin professor-müəllim heyəti, əməkdaşları və tələbələri ötən il dekabrın 24-də qəsəbə ərazisində yerləşən 2 hektar boş sahədə əkdikləri 1500-dən artıq ağaca qulluq ediblər.

Qeyd edək ki, UNEC-in yaşıllıq zonasının salınmasında əsas məqsəd ölkədə həyata keçirilən ətraf mühitin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların salınması, bərpası və genişləndirilməsi layihələrinə dəstək göstərmək və insanlar arasında təbiətə qayğı hissini gücləndirməkdir.

 





25.12.2017    çap et  çap et