525.Az

İstanbulda İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər saxlanıldılar


 

İstanbulda İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər saxlanıldılar<b style="color:red"></b>

İstanbul Terrorla mübarizə idarəsi gecə saatlarında şəhərdə antiterror əməliyyatı keçirib.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tibbi müayinədən keçmək üçün Haseki xəstəxanasına gətiriliblər.

Daha sonra şübhəlilərin İstanbul Polis İdarəsinə təhvil veriləcəyi bildirilir. 

Əməliyyatın digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.

 





26.12.2017    çap et  çap et