525.Az

Gürcüstanın Pankisi dərəsində xüsusi əməliyyat


 

Gürcüstanın Pankisi dərəsində xüsusi əməliyyat <b style="color:red"></b>

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti Pankisi dərəsində yerləşən Omalo və Duisi kəndlərində xüsusi əməliyyat keçirib.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, əməliyyat nəticəsində 3 nəfər saxlanılıb. Onların evlərində axtarış zamanı külli miqdarda silah-sursat aşkarlanaraq müsadirə olunub.
 
Saxlanılan şəxslərin noyabrın 22-də Tbilisidə həyata keçirilmiş antiterror əməliyyatı zamanı zərərsizləşdirilmiş terrorçu Əhməd Çatayevlə əlaqəli olduğu bildirilir.

 





26.12.2017    çap et  çap et