525.Az

"Çatayev Gürcüstan və Türkiyədə terror aktları törətmək istəyib"


 

"Çatayev Gürcüstan və Türkiyədə terror aktları törətmək istəyib"<b style="color:red"></b>

“Əhməd Çatayev və tərəfdarlarının məqsədi Gürcüstan və Türkiyədə terror aktları və hücumlar təşkil etmək olub”.
 
APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) mətbuat katibi Nino Giorqobiani keçirdiyi brifinqdə deyib.

O bildirib ki, bu gün Pankisi dərəsi və Tbilisidə keçirilmiş xüsusi əməliyyat zamanı 5 Gürcüstan vətəndaşı saxlanılıb. Onlar noyabrın 22-də Tbilisidə zərərsizləşdirilmiş terrorçu qruplaşma ilə əlaqəli olub. Saxlanılan şəxslərdən bri müqavimət göstərdiyi zaman yaralanıb və xəstəxanaya yerləşdirilib.
 
ABŞ-dan olan mütəxəssislərlə aparılmış birgə əməliyyat zamanı külli miqdarda silah-sursatın olduğu gizli yer aşkar olunub.

İstintaq tədbirləri nəticəsində Ə. Çatayevə məxsus kompüterdə olan audioyazılar əldə olunub. Onlara əsasən məlum olub ki, Ə. Çatayev və tərəfdarları Gürcüstan və Türkiyədə terror aktları və diplomatik missiyalara hücumlar planlaşdırıb.

 





26.12.2017    çap et  çap et