525.Az

Hindistan-Pakistan sərhədindəki atışmada 3 pakistanlı hərbçi həlak oldu


 

Hindistan-Pakistan sərhədindəki  atışmada 3 pakistanlı hərbçi həlak oldu <b style="color:red"></b>

Hindistan-Pakistan sərhədində atışma baş verib. 

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Pakistanın İctimaiyyətlə Əlaqələr üzrə İdarələrarası Xidməti məlumat yayıb.

Atışma zamanı azı 3 pakistanlı hərbçi həlak olub, biri yaralanıb. Atışma Ravlakot bölgəsinin Rux Çakri sektorunda qeydə alınıb.

Qeyd edək ki, iki gün əvvəl Cammu və Kəşmir bölgəsinin Keri sektorunda Pakistan tərəfindən açılan atəş nəticəsində Hindistan ordusunun mayoru və 3 hərbçisi həlak olub.

 





26.12.2017    çap et  çap et