525.Az

Yarpaq tökümü və yaxud düşüncələrim...


 

Yarpaq tökümü və yaxud düşüncələrim...<b style="color:red"></b>

Təsəlli - bəzən saman çöpü olsa da, gərəklidir...

Çox bar gətirən ağac da yükünü saxlaya bilmir...

Sınan və səni sındıran göz yaşlarını hər adama göstərməzlər...

Duasız qazanc tez qeybə çəkilər

Üzünə açıq olan qapı taleyinə bağlı ola bilər

MƏrhƏmƏti - qarşı tərəf istəmirsə, nə xeyri...

Dağ çəkilən qəlbi dağ havası da ovuda bilməyəcək

Hayına gələn ayrıdır, haqqına yetən ayrı

Əyən yükün bəlası əyilən tərəfdədir, düzgün yanaş...

Zəhmətsiz gələn tərin heç də xoş xəbərlə gəlmir

Əhvalın təlx olanda - Bal da ləzzət eləmir

Aldadılan insanın qəzəbi sərhəd bilməz

Niyyətin əyridirsə, əməlin də güc gətirməyəcək

TƏlƏskƏn adam dinclik də bilməz

İki insan eyni cür addımlaya bilməyəcək - ritmləri də, ayaq səsləri də - hərə bir cürdür

Qazancın çoxaldıqca səni dinc qoymayacaq, dartıb arxasınca aparacaq...

Tələsmə, qoy, soyusun!..

Əkdiyin ağacın budağı ilə səni döysələr, ən ağır zərbə almış olarsan və yarası da heç zaman sağalmaz

Böyüklüyünü sənə edilən təzimdə axtarma

Ağ vərəq Tarix deyil və heç nəyə də şahidlik etməyəcək

İçindəki qəzəb selin təkcə sənin ziyanınadır...

Hər şeyin çoxluğu insana ancaq fəlakət gətirər

Dərdi gətirən də, dərmanı yaradan da bəşər övladıdır - sənin yanındakıdır...

Qarğış - hiddət və hikkənin ifadəsi

Müxtəlif dili olan adam axırda elə dilinnən də bəlaya düşüb ilişəcək

Rəngləri çox tündləşdirmə!..

Boş cibə qoyduğun əl səni varlı və kasıb göstərməyəcək

Təkəbbürlü insan ətrafını tez bezdirəcək

KövrƏklik yaxşı şeydir, amma gəlib gedənəcən səni üzəcək

Dualar da imkanın qədər gətirə bilər.

Oyna, oyna, bir qurtaran yerin olacaq, ya yox?!

Başın-gözün, saçın-saqqalın ağarıb, qulağın da saralıb - əcəl zəngindir...

Gözlərinin dərinliyindəki kədəri heç göz yaşların da yuyub apara bilməyəcək

XƏzan səsi - təbiətin "ölüm simfoniyası..."

Ölümdən sonra birinin varı qalır, birinin adı: bir-birini yaşadırlar

Elə et ki, duaların eşidilən olsun!..

Hamısını qamarlama - hamısı sənin deyil!..

Pul örtən gözü heç nə açmayacaq!..

Harınlıq - əlacı olmayan xəstəlik...

Əlini də qısma, ürəyini də!..

Özünü çox öyrəşdirmə!..

Səslərin ritmini də ürək özü müəyyənləşdirir

Hər dilin öz duası var

Gözlərinin dərinliyində gizlənən bəlanın əlacı kimin əlindədir görəsən?!

Bu ölüm kimi çox yandıracaq - kaş bunu qabaqcadan bilmək olaydı!..

Gülüşün şitliyi - münasibətlərdə çat yaradar...

Damarın yolunu tutan - yağlı tikələrdir, bir də "yağlı hikkələr..."

Açılan qəlbinə kim girə biləcək - əsas məsələ budur..

Özünü yerişinlə göstərmə!..

Ümidlər çiçəkləyəndə insan coşar

ƏqrƏblƏr dayana bilər və irəli gedə bilər - geriyə yol yoxdur

Dön bir bax: dalınca gələn nədir və kimdir?!

Qara fikirlər insanın içində əsər - ölüm küləkləridir...

Səbrini bassan, zaman sənin xeyrinə işləyəcək...

Şuxluğun yoxsa, yəhərə minmə!..

Çətin yükün şərəfi də var

Dağın yanında dayanmaqla dağ ola bilməyəcək...

Taqətli insan qamətli olar...

Boynun əyilsə də, belin əyilməsin!..

Əlini açıb diləyəndə səxavətlinin qapısını döy

Sönən qəlbin işığını kim yandıracaq?

Atın yüyənini öz əlində saxla!..

Qalxanı qaldırmağın da, qılıncı vurmağın da vaxtı-vədəsində...

Qan gələn yaranı tez bağla...

Naümid yerdə ümid axtarmazlar...

QƏlbinƏ şeytanı buraxsan da, elə sən özünsən

Ətəyindən tutub fırlandığın taleyin gərdişinə bir bax?!

Dözümlü ol, səbirli ol - uduş sənindir...

Qalın insanın qapısı hər şeyə bağlıdır, hətta xəstəliyə də...

Barmaqlarını gözdən çıxart,  dodaqlarını qabdan

ÜrƏk döyüntüləri - ətrafın və ətrafdakıların ritmləridir

Yatdın, vaxtı satdın...

Tələsik və yarımçıq yığılmış tayanın aqibəti necə olacaq?!

Maşını tormozlaya bilirsən, özünü yox

Gedən canındır, qalan əməlin...

O boyda GünƏş də qüruba gedir... Sən kimsən ki?!

Ata bildiyin daşı götür...

Bəşər övladı Allahın qarışqası qədər də düzlənə bilmir

Qışqırma, qışqıracaqlar

Bəd əməlin bədəlini nə vaxtsa ödəyəcəksən...

İçindəki Şeytanı kim qovacaq?!

Əzrayılı da  qarşılamağı bacarmaq lazımdır

Dədəm deyərdi ki, bala, sən hələ əlinlə it qoruyub, arxanla qapı açmamısan

Odla suyun arasında nə işin vardı ki?!

Əbləhlərin əməli gendən gəlir

Qoltuğundakı qarpızı sən kəsməsən də, kəsəcəklər

Xoruzun banlaması nədən səni belə təəccübləndirdi?!

Bütün canlılar həvirləşəndə birlik yaranır, insan həvirləşəndə qudurğanlıq

Əzablar - qəzəbli olar və sərhəd tanımaz

Hər bir insanın yerişi - öz həyatının, yaşam tərzinin ritmləridir...

Solaxay adam düz gətirməz...

Tərpən, qalx, yeri - ölü qalma!..

 





26.12.2017    çap et  çap et