525.Az

Türkiyə Rusiyadan 4 divizion “S-400” kompleksi əldə edib


 

Türkiyə Rusiyadan 4 divizion “S-400” kompleksi əldə edib<b style="color:red"></b>

Türkiyə Rusiyadan 2,5 mlrd. dollar  dəyərində 4 divizion “S-400” zenit-raket kompleksi əldə edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Rostex”in baş direktoru Sergey Çemezov “Kommersant”a verdiyi müsahibədə bildirib.   

Onun sözlərinə görə, Rusiya və Türkiyə “S-400”-lərin alınması üçün  Moskvanın kredit ayırmasına dair danışıqları başa çatdırıblar: “Yekun sənədləri təsdiqləmək qalıb. Kontrakt üzrə məbləğin 45 faizi avans şəklində, 55 faizini isə Rusiyanın təqdim edəcəyi kredit vəsaitləri hesabına ödəniləcək. Kompleksləri 2020-ci ilin martından tədarük etməyə başlayacağıq”, - deyə o bildirib.   

Moskva və Ankara arasında müvafiq saziş sentyabrın ortalarında imzalanıb. 

 





27.12.2017    çap et  çap et