525.Az

FHN alpinistlərin itkin düşməsi ilə bağlı məlumat yaydı - Yenilənib


 

FHN alpinistlərin itkin düşməsi ilə bağlı məlumat yaydı - <b style="color:red">Yenilənib </b>

FHN alpinistlərin itkin düşməsi ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, 26 dekabr 2017-ci il tarixində axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib. Məlumat aidiyyəti qurumlara ötürülüb. FHN-in Aviasiya dəstəsi axtarışlara başlayıb.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.

APA-nın əldə etdiyi məlumata görə, itkin düşən alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu, Cəbrayılzadə Fəridə Cəbiyulla qızıdır.

*** 09:47

Fövqəladə Hallar Nazirliyi dekabrın 23-də Qubada itkin düşmüş 3 alpinistin axtarışına başlayıb.

Nazirlikdən APA-ya bildirilib ki, “Gilavar” Hava və Ekstrem İdman Klubunun üzvü olan 3 nəfər dekabrın 23-də Xınalıqdan Tufandağ istiqamətinə yollanıb.

Dekabrın 26-da qayıtmalı olan alpinistlərdən heç bir məlumat almaq mümkün olmayıb. Bu barədə FHN-ə məlumat verilib. Nazirlik həmin şəxslərin axtarışına başlayıb. Əraziyə helikopter göndərilib.

 





27.12.2017    çap et  çap et