525.Az

"Suriya və İraqda minlərlə İŞİD üzvü qalıb"


 

"Suriya və İraqda minlərlə İŞİD üzvü qalıb"<b style="color:red"></b>

"Suriya və İraq ərazisində İŞİD-in minlərlə üzvü qalıb".

APA-nın xəbərinə görə, bu barədə “Military.com” saytı ABŞ-ın rəhbərlik edilən koalisiyanın nümayəndəsi Rayan Dillona istinadən məlumat yayıb. O bildirib ki, koalisiyanın fəaliyyəti silahlılar tərəfindən hər hansı həmlə edildiyi halda, onların qarşısının alınmasına yönəlib.

ABŞ prezidentinin İŞİD-lə mübarizə sahəsində digər ölkələrlə əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Brett Makqurq isə bəyan edib ki, Suriyada hərbi əməliyyatlar daha bir neçə ay uzana bilər. O deyib ki, ekstremistlər tam təmizlənənə kimi ABŞ əsgərləri bu ölkədə qalacaq.

 





27.12.2017    çap et  çap et