525.Az

"Bu il Gürcüstana gələnlərin sayı 7 milyondan çox olub"


 

"Bu il Gürcüstana gələnlərin sayı 7 milyondan çox olub"<b style="color:red"></b>

Gürcüstanın şərq və qərb hissəsində logistik mərkəzlər tikiləcək.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə baş nazir Giorgi Kvirikaşvili hökumətin iclasında deyib. 

Hökumət başçısı bildirib ki, müasir standartlara cavab verəcək iki logistik mərkəzin inşasına tezliklə başlanacaq: “Bu yaxınlarda bu layihələrlə bağlı tender elan olunacaq”.

G.Kvirikaşvili qeyd edib ki, bu günlərdə inşasına rəsmən start verilən Anaklia dərin dəniz limanı Gürcüstan iqtisadiyyatının inkişafına böyük təkan verəcək.
 
Baş nazir 2018-ci ildə Gürcüstan iqtisadiyyatının daha dinamik inkişaf edəcəyini vurğulayıb: “2017-ci il turizm sahəsi üçün uğurlu olub. Gürcüstana səfər edən ziyarətçilərin sayı 7 milyondan çoxdur. Əminəm ki, 2018-ci ildə bu sahədə daha böyük uğurlar əldə olunacaq”.

 





27.12.2017    çap et  çap et