525.Az

BMT-nin büdcəsi təsdiqləndi


 

BMT-nin büdcəsi təsdiqləndi<b style="color:red"></b>

BMT-nin Baş Assambleyası təşkilatın 2018-2019-cu illər üçün büdcəsini qəbul edib.

APA-nın BMT-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, növbəti iki il ərzində BMT-nin illik büdcəsi 5,397 milyard dollar təşkil edəcək.

Büdcə siyasi fəaliyyət, beynəlxalq ədalət və hüquq, inkişaf üçün regional əməkdaşlıq, insan hüquqları və humanitar məsələlər, ictimai məlumatlar da daxil olmaqla, bir sıra sahələr üzrə BMT fəaliyyətini əhatə edir.

Qeyd edək ki, təsdiqlənmiş məbləğ təşkilatın 2016-2017-ci il büdcəsindən 286 milyon dollar və baş katibin bu ilin oktyabrında etdiyi təklifdən 193 milyon dollar azdır.

 





27.12.2017    çap et  çap et