525.Az

Bakıda "İslam sivilizasiya və mədəniyyətinin vəhdəti" sərgilənir


 

Bakıda "İslam sivilizasiya və mədəniyyətinin vəhdəti" sərgilənir<b style="color:red"></b>

İranın ölkəmizdəki səfirliyinin mədəniyyət mərkəzində "İslam sivilizasiya və mədəniyyətinin vəhdəti" adlı sərgi açılıb.

Sərgi Azərbaycan Rəssamlar İttifaqı, İranın ölkəmizdəki səfirliyinin mədəniyyət mərkəzi, Fələstinin ölkəmizdəki səfirliyi və Türkiyə səfirliyinin mədəniyyət və tanıtım müşavirliyinin dəstəyi ilə reallaşıb.

Sərgini giriş sözü ilə layihənin rəhbəri Elnurə İsgəndərova açıb, sərgi-tədbir haqda iştirakçıları məlumatlandırıb.

Çıxış edənlərdən İ.İ.R-nın Azərbaycanın Səfirliyi Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi sərgi tədbirin ölkələr arasında dostluq, qardaşlığın vəhdəti olduğunu, eyni zamanda, nümayiş olunan əsərlərin çox mənalı olduğunu bildirərək Elnurə və Aygün İsgəndərovalara xüsusi təşəkkürünü bildirib, layihənin davamlı olacağını dilə gətirib.

Sərginin təşkilatçısı Aygün İsgəndərova il ərzində keçirilən sərgilər haqqında məlumat verərkən deyib: "2017-ci ildə layihə rəhbəri və təşkilatçısı olduğumuz sərgi tədbirlərin mahiyyəti İslamın və Toliratlığın gənclərimizə xalqımıza aşılamaqdan ibarətdir. İl ərzində həyata keçirdiyimiz bütün Sərgi tədbirlərimizi "İslam Həmrəyliyi İli"nin birbaşa təbliğinə həsr etdik. Əsərlərdə İslam dünyasının gözəllikləri, tolerantlıq öz əksini tapmışdı".

Qeyd edilib ki, "İslam Həmrəyliyi İli"nə həsr edilən sərgidə 150 fırça ustasının 200-dək sənət əsəri nümayiş olunur.

Birgünlük sərginin sonunda fırça ustaları diplom və sertifikatlarla, layihə rəhbəri Elnurə İsgəndərova və təşkilatçı  Aygün İsgəndərova İran Mədəniyyət Mərkəzi tərəfindən Fəxri Fərmanla mükafatlandırılıblar.

Şahanə MÜŞFİQ

 





27.12.2017    çap et  çap et