525.Az

Səbaildə "Vətənin müdafiəsinə hazıram!" adlı tədbir


 

Səbaildə "Vətənin müdafiəsinə hazıram!" adlı tədbir <b style="color:red"></b>

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.

Xidmətin 2017-ci il üçün fəaliyyət planına əsasən, dünən Səbail Rayon İcra Hakimiyyəti ilə birgə "Vətənin müdafiəsinə hazıram!" adlı tədbir keçirilib. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi, polkovnik Rasim Şirinov, SHXÇDX-nin Səbail rayon idarəsinin şəxsi heyəti, ictimaiyyət nümayəndələri, orta məktəb sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının müqəddəs xatirəsi yad olunub.

Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısının müavini Eldar Ağayev gənclərin üzərinə məsuliyyətli vəzifələrin düşdüyünü qeyd edərək, tarixin bütün mərhələlərində dövlətçiliyimizin qorunması, torpaqlarımızın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün və müstəqilliyimizin qorunub-saxlanılmasında onların əvəzsiz rolunun olduğunu bildirib. Eldar Ağayev Azərbaycan xalqının müharibə arzulamadığını, həmişə sülhün, əmin-amanlığın tərəfdarı olduğunu, lakin sülh istəyən xalqın həmişə hərbə də hazır olmasının vacibliyini diqqətə çatdırıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Rasim Şirinov çıxışında vətənpərvərlik hissinin yüksəldilməsi üçün Xidmət tərəfindən silsilə tədbirlərin keçirildiyini vurğulayıb. R.Şirinov Xidmət tərəfindən bütün rayonlarda gənclərin vətənpərvərlik tərbiyəsi və səfərbərliyə hazırlığı, çağırışçılarda vətənpərvərlik hissinin yüksəldilməsi ilə bağlı tədbirlərin keçirildiyini bildirib. O, Vətən uğrunda canlarını fəda edən oğulların heç vaxt yaddan çıxmayacağını bildirərək, bu gün ordu sıralarına göndərilən gənclərin əvvəlcə mütəxəssis hazırlığı məktəblərinə cəlb edildiklərini və artıq onların orduya gedərkən hazırlıqlı olduqlarını qeyd edib.

 





27.12.2017    çap et  çap et