İyunun 14-16-da Dünya Bankının (DB) güzəştli maliyyələşmə üzrə vitse-prezidenti İohim fon Amsberq Azərbaycana səfər edəcək.
Bu barədə «APA-Economics»ə DB-nın Azərbaycandakı nümayəndəliyindən bildirilib.
Nümayəndəlikdən verilən məlumata görə, Azərbaycan DB-nın Beynəlxalq İnkişaf Assosiasiyası (IDA) standartları üzrə cəlb etdiyi vəsaitləri artıq tam ödəyib və bankın vitse-prezidentinin səfərinin məqsədi əsasən bu məsələ ilə bağlıdır: «Bakıya səfəri zamanı DB rəsmisi Azərbaycan hökuməti ilə görüşəcək və IDA-ya vəsaitin vaxtından öncə ödənilməsinə görə təşəkkürünü bildirəcək».
çap et