525.Az

İtkin düşən alpinistlərin axtarışlarına əlavə qüvvələr cəlb olundu


 

İtkin düşən alpinistlərin axtarışlarına əlavə qüvvələr cəlb olundu<b style="color:red"></b>

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı Əməliyyat Qərarqahı məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumatda bildirilir ki, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlara cəlb olunub.

 





28.12.2017    çap et  çap et