525.Az

TürkPA-nın yeni baş katibi seçilib


 

TürkPA-nın yeni baş katibi seçilib<b style="color:red"></b> Qurumun növbəti iclası 2014-cü ildə Azərbaycanda keçiriləcək
 
Jandos Asanov TürkPA-nın yeni baş katibi seçilib. APA-nın məlumatına görə, bu barədə qurumun Ankarada keçirilən 4-cü plenar iclasında qərar qəbul olunub.
 
İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin nümayəndələri ölkələr arasında əməkdaşlığın aktivləşdirilməsi, xalqlar arasında dialoqun genişləndirilməsi, Qırğızıstanın TürkPA-ya sədrliyinin nəticələri ətrafında fakir mübadiləsi aparıblar.
 
İclasın yekununda TürkPA-nın Ankara Bəyannaməsi qəbul olunub. Qurumun növbəti iclası 2014-cü ilin iyununda Azərbaycanda keçiriləcək.
 
Xatırladaq ki, TürkPA-nın toplantısında Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov da iştirak edib.
 





12.06.2013    çap et  çap et