525.Az

"İstedad əngəl tanımır" layihəsi yekunlaşdı


 

"İstedad əngəl tanımır" layihəsi yekunlaşdı<b style="color:red"></b>

Dünən Binəqədi Gənclər Evində Prezident yanında Gənclər fondunun maliyyə dəstəyilə keçirilən "İstedad əngəl tanımır" layihəsinin yekun toplantısı keçirilib.

Tədbiri giriş sözü ilə açan təşkilatçı Qabil Ədalət layihə haqqında geniş məlumat verib. Bildirib ki, oktyabrın 20-dən start götürən layihə çərçivəsində fiziki məhdudiyyətli gənclər arasında rəsm, musiqi üzrə müsabiqələr həyata keçirilib.

Münsiflər heyətinin seçimi ilə rəsm müsabiqəsində I yerə Ramin Səfərov, II yerə Ziya Ağayev, III yerə Sürəyya Dadaşova layiq görülüblər.  Musiqi müsabiqəsində isə ballar üst-üstə düşdüyündən I yer üzrə iki qalib: vokal ifaçısı Aysel Əlizadə, gənc xanəndə Suma Tapdıqova, II yer muğam ifaçısı Elşən Qasımov, III yer qarmon ifaçısı Oktaq Quliyev seçiliblər. Qaliblər və digər fəal iştirakçılar diplom, hədiyyələrlə qiymətləndiriliblər.

Tədbirdə çıxış edən layihə rəhbəri Sevinc Zeynalova, layihənin eksperti, Əngəlsiz Dünya Birliyinin Azərbaycan təmsilçisi Rada Abbas, Rəssamlıq Akademiyasının beynəlxalq əlaqələr üzrə koordinatoru Pərvin Əfəndi, Rəssamlar İttifaqının üzvü, Bakı rəsm qalereyasının rəhbəri Eldəniz Babayev, Rəssamlar İttifaqının üzvü Esmiralda Tağızadə, müğənni Elşən Cəfərzadə, "Xalq" qəzetinin müxbiri Əfsanə Ələsgər, "525-ci qəzet"in müxbiri, gənc yazar Şahanə Müşfiq və başqaları layihə haqqında öz düşüncələrini bölüşüb, qalibləri təbrik ediblər. Münsiflər gələcəkdə iştirakçıların peşəkarlığının artmasında dəstək verəcəklərini də vurğulayıblar.

Sonda çıxış edən qaliblər onlar üçün yaradılan imkanlara görə layihənin təşkilatçılarına, münsiflərə və onlara dəstək olan hər kəsə təşəkkür ediblər.

ŞAHANƏ

 





29.12.2017    çap et  çap et