525.Az

Məktəb bufetlərində və uşaq bağçalarında istifadəsinə icazə verilməyən qidaların siyahısı bu gün açıqlanır


 

Məktəb bufetlərində və uşaq bağçalarında istifadəsinə icazə verilməyən qidaların siyahısı bu gün açıqlanır<b style="color:red"></b>

“Məktəb bufetlərində və uşaq bağçalarında istifadəsinə icazə verilməyən qidaların siyahısı açıqlanacaq”.

APA-nın məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövılət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov deyib.
 
Əbülfət İmanov bildirib ki, Azərbaycanda iaşə obyektlərinə məhsul verən müəssisələr ciddi nəzarətə götürüləcək.
 
Onun sözlərinə görə, bununla bağlı digər müvafiq dövlət orqanları ilə birgə iş aparılacaq: “Keçmiş isti yeməklərin, yarımfabrikatların məktəb bufetlərində və uşaq bağçalarında istifadəsinə icazə verilməyəcək. Uşaq qidaları ilə bağlı standart qəbul olunub, sentyabrın 2-də qüvvəyə minəcək. Qadağan edilən məhsulların siyahısı bu günün sonuna qədər ictimaiyyətə açıqlanacaq”.

 





12.06.2013    çap et  çap et