525.Az

Tanınmış saatsazın polis oğlu işdən çıxarıldı


 

Tanınmış saatsazın polis oğlu işdən çıxarıldı<b style="color:red"></b>

Tanınmış saatsazın polis oğlu işdən çıxarılıb.

APA-nın məlumatına görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Ceyhun Fətəliyev tutduğu vəzifədən azad edilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, C. Fətəliyev xidməti avtomobili ilə yol qəzası törətdiyi üçün işdən çıxarılıb.

Qeyd edək ki, C. Fətəliyevin Bakının məşhur saatsazı Hacı Fətəliyevin oğludur.

C. Fətəliyevin atası H. Fətəliyev oğlunun işdən çıxarıldığını təsdiqləyib. O bildirib ki, qəza baş verən zaman C. Fətəliyev sükan arxasında olmayıb: “Maşını mənim oğlum deyil, polis serjantı idarə edib. Belə hadisələr qaçılmazdı. Buna baxmayaraq, biz hər iki maşını təmir etdirdik. Lakin yol polisi sistemində mənim oğluma qarşı qərəz var. Onu sıxışdırırlar. Mən bu barədə daxili işlər naziri Ramil Usubova müraciət edəcəm”.

 





29.12.2017    çap et  çap et