525.Az

ADMİU-da “Müasir Azərbaycan animasiyası” mövzusunda konfrans


 

ADMİU-da “Müasir Azərbaycan animasiyası” mövzusunda konfrans<b style="color:red"></b>

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində animasiya studiyalarının təmsilçiləri, rejissorlar, prodüserlər, rəssamlar və kinoşünasların iştirakı ilə “Müasir Azərbaycan animasiyası” mövzusunda konfrans keçirilib.

Universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə “Azərbaycan animasiyası” kitabının təqdimatı baş tutub.

Kitabın tərtibatçısı Rəşid Ağamalıyev yerli və xarici ekspertlər tərəfindən ərsəyə gələn, Azərbaycanda ilk dəfə təqdimatı baş tutan bu kitab haqqında ətraflı məlumat verib.

Daha sonra “Qurama” uşaq animasiya studiyasının rəhbəri, Əməkdar incəsənət xadimi Elçin Hami Axundov, “Sultan” animasiya studiyasının gənc rejissoru Sultan Abbasbəyli, “Harmony of Chaos” animasiya studiyasının rəhbəri Ağarəhim İbrahimov, animator Leyla Qabulova, “Azanfilm” animasiya studiyasının animatoru Mansur Şəfiyev, “Birlik” animasiya studiyasının rəhbəri, Əməkdar incəsənət xadimi Firəngiz Qurbanova və “Tartoniks” animasiya studiyasının rəhbəri Elçin Orucov çıxış edərək Azərbaycanda milli animasiya sənətinin tarixindən, inkişafından və hal-hazırdakı vəziyyətindən danışıb, tədbir iştirakçılarının suallarına cavab veriblər.

Daha sonra “Sultan” animasiya studiyasının “Aydanın rəsmi” filminin premyerası, “Tartoniks” animasiya studiyasının “Tartoniks”, “Birlik” animasiya studiyasının “Köhnə saat”, “Müzür”, “Qurama” uşaq animasiya studiyasının 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin şagirdləri ilə birgə hazırladığı “İtmiş fil balası”, “Azərbaycan bayrağı” animasiya filmləri nümayiş olunub.

 





30.12.2017    çap et  çap et