525.Az

İsrail YUNESKO-nu tərk edir


 

İsrail YUNESKO-nu tərk edir<b style="color:red"></b>

YUNESKO-nun baş katibi Odre Azule İsrail hökumətindən ölkənin təşkilat sıralarından çıxmasına dair bildiriş alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, İsrail BMT-nın Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatına 1949-cu ildə daxil olub.

2016-cı ildə təşkilatın icraiyyə şurası Qüds üzrə qətnamə qəbul edərək rəsmi Tel-Əvivin müsəlmanların “Əl-Əqsə” məscidini ziyarətinə maneələr törətməsini pisləyib.  Bundan sonra İsrail hökuməti YUNESKO ilə əməkdaşlığı dayandırdığını bəyan edib.

Qeyd edək ki, bu ilin oktyabrında ABŞ təşkilatdan çıxdığını bildirib.

 





30.12.2017    çap et  çap et